Boliviyada 5 nəfəri ildırım vurub öldürdü

Boliviyada 5 nəfəri ildırım vurub öldürdü

Boliviyada ildırım 5 nəfəri vuraraq öldürüb.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, insident San-Lorenso şəhəri yaxınlığında baş verib.

Məlumata görə, ildırım güclü leysandan gizlənməyə çalışan bir qrup insanın olduğu tikiliyə düşüb.

Hadisə nəticəsində ikisi yeniyetmə olmaqla 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan şəxsin həyatına təhlükə olmadığı bildirilir.

0
48