KİV: Özbəkistan prezidenti vəfat etdi

KİV: Özbəkistan prezidenti vəfat etdi

Özbəkistan prezidenti İslam Kərimov vəfat edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “fergananews.com” saytı yazıb.

Nəşrin mənbələrinin məlumatına əsasən, İ.Kərimov bu gün günorta saatlarında dünyasını dəyişib.

Özbəkistan höküməti bu barədə hələlik heç bir rəsmi məlumat verməyib.

Qeyd edək ki, bundan əvvəl, İslam Kərimovun qızı Lola Kərimova-Tillayeva öz instaqram səhifəsində atasının beyninə qan sızdığını bildirmişdir.

0
28