Obama və Ərdoğan Pekində görüşəcəklər

Obama və Ərdoğan Pekində görüşəcəklər

Sentyabrın 4-də Pekində, “G-20” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.

Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin köməkçisi Ben Rods bəyan edib.

Onun sözlərinə görə, tərəflər Türkiyədə hərbi çevrilişə cəhddən sonra vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranı və digər məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri Çinin paytaxtı Pekində baş tutacaq “Böyük iyirmilik” (G-20) ölkələrinin sammitinə qatılacaqlar.

0
21