Türkiyəyə üç mərmi atıldı: 5 uşaq yaralandı

Türkiyəyə üç mərmi atıldı: 5 uşaq yaralandı

Bu gün Suriyadan Türkiyənin Kilis şəhəri  atəşə tutulub.

APA-nın “Millyet”-ə istinadən verdiyi xəbərə görə, şəhərə üç raket mərmisi düşüb, nəticədə 5 uşaq yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Uşaqlardan ən kiçiyinin 5, ən böyüyün isə 11 yaşı var. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıb.

Məlumata əsasən, Türkiyə tərəfi cavab atəşi açıb.

0
18