Roma 2024-cü il Yay Olimpiya Oyunlarından imtina edəcək

Roma 2024-cü il Yay Olimpiya Oyunlarından imtina edəcək

Roma şəhərinin yeni meri Virciniya Raci 2024-cü il Yay Olimpiya Oyunlarının İtaliyanın paytaxtında keçirilməsinə görə ərizə verməkdən imtina edəcək.

Oxu.Az “Inside The Games” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı Raci əmindir ki, Roma diqqəti Olimpiya Oyunlarının keçirilməsinə yox, öz iqtisadi problemlərinin həllinə yönəltməlidir.

Qeyd edək ki, 2024-cü ildə Olimpiadaya ev sahibliyi etmək üçün Roma, Paris, Budapeşt və Los-Anceles şəhərləri namizədliklərini irəli sürüb.

ABŞ-ın dopinq qalmaqalında Rusiyaya qarşı apardığı kampaniyaya görə Los-Anceles şəhərinin bu mübarizədə şansları aşağı qiymətləndirilir.

2024-cü il Yay Olimpiya Oyunlarının paytaxtı 2017-ci il sentyabrın 13-də Limada açıqlanacaq.

0
10