Putin BMT-nin sessiyasında iştirak etməyəcək

Putin BMT-nin sessiyasında iştirak etməyəcək

Rusiya prezidenti Vladimir Putin sentyabrın 13-də BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcək.

Oxu.Az xəbər verir ki, bazar ertəsi avqustun 29-da dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib, bu barədə Lenta.ru məlumat yayıb.

“Bəli, prezident bu il BMT-nin Baş Assambleyasında iştirak etməyi planlaşdırmır”, - Peskov bəyan edib.

Rusiya heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Bu barədə Rusiya prezidentinin avqustun 26-da imzalanmış sərəncamında deyilir.

Heyətin tərkibinə Federasiya Şurasının beynəlxalq işlər üzrə Komitəsinin sədri Konstantin Kosaçev, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin, eləcə də Rusiya XİN nümayəndələri daxildirlər.

Keçən il Rusiya heyətinə Putin rəhbərlik edirdi. 2015-ci ilin sentyabr ayının 28-də o, BMT-nin kürsüsündən çıxış edib. Rusiya prezidenti BMT-nin 2000-ci, 2003-cü və 2005-ci illərdə keçirilən Baş Assambleyalarında da çıxış edib.

0
17