Ankara Suriya kürdlərinə ultimatum verdi

Ankara Suriya kürdlərinə ultimatum verdi

Suriya kürdlərinin qüvvələri Fərat çayından şərqə çəkilməsələr, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardıqları əməliyyatların hədəfinə çevriləcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib.

Ankarada mətbuat konfransının gedişatında o vurğulayıb ki, Suriyanın Cerablus şəhərindəki əməliyyatların əsas məqsədi regionun “İslam dövləti” (İŞİD) terror qruplaşmasından təmizləməkdir.

“İŞİD-i hava hücumları ilə məğlub etmək mümkün deyil, biz bunu yerüstü əməliyyatlar ilə edə bilərik. Türkiyənin dəstəklədiyi əməliyyatda yerli sakinlər də iştirak edir. Daima bu torpaqlarda yaşayanlar yenidən bura qayıtmalıdırlar. Onların özünümüdafiə qüvvələrinin məqsədi bu deyil. Onlar yerli sakinləri öz evlərini tərk etməyə məcbur edir, etnik təmizləmə ilə məşğul olurlar”, - Çavuşoğlu bəyan edib.

0
7