Ukraynada ev yandı: 2 azyaşlı da içində

Ukraynada ev yandı: 2 azyaşlı da içində

Ukraynanın Rovensk vilayətinin Sarnı şəhərində faciəvi sonluqla nəticələnən yanğın hadisəsi baş verib.

Lent.az-ın Ria.ru-a istinadən məlumatına görə, günorta saatlarında şəhərin Qaqarin küçəsində yerləşən evlərdən birində yanğınla bağlı Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Xilasetmə xidmətinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər evdə apardıqları axtarış zamanı 2013-2012-ci il təvəllüdlü iki uşağın cəsədini aşkar ediblər.

Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

0
8