Sabah Yasamalda su olmayacaq

Sabah Yasamalda su olmayacaq

Azərsu məhdudiyyət qoyulacaq küçələrin adlarını açıqladı.

Sabah Bakı şəhərinin Yasamal rayonunda içməli su problemi olacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

0
10