Xaçmazın Ağyazı Buduq kəndinin yolu yeni görkəmdə - FOTO + VİDEO

Xaçmazın Ağyazı Buduq kəndinin yolu yeni görkəmdə - FOTO + VİDEO

Yol nişanları quraşdırılıb.

Xaçmaz rayonunun Ağyazı Buduq kəndinə gedən avtomobil yolunda həyata keçirilib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumata görə, Ağyazı Buduq kəndində avtomobil yolunun tikintisindən sonra açılış mərasimi keçirilib. 

Açılış tədbirində “Azəravtoyol” ASC-nin rəhbərliyi, cəmiyyətin tabe qurumlarının və rayon İcra hakimiyyətinin nümayəndələri, həmçinin yerli sakinlər iştirak ediblər.

Tədbir zamanı bildirilib ki, bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların “Azəravtoyol” ASC-nə çoxsaylı müraciətləri nəzərə alınaraq bir müddət bundan öncə 2,5 kilometrlik yolun əsaslı şəkildə yenidən qurulmasına işlərinə start verilmişdi. Tikinti işləri qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Aparılan əsaslı yenidənqurma işləri çərçivəsində yeni yol yatağı və yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra avtomobil yoluna 7 metr enində 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib, çiyinlər bərkidilib.

Ümumilikdə 18 min m2 ərazinin asfaltlanması işləri həyata keçirilib. Bundan başqa avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün 3 yerdə suötürücü borular qoyulub.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Ağyazı Buduq kəndinə yeni avtomobil yolunun tikintisi ilə iki yaşayış məntəqəsinin 2 minə yaxın əhalisinin Quba-Xaçmaz avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

0
17