İslam Kərimovun beyninə qan sızıb

İslam Kərimovun beyninə qan sızıb

Özbəkistan prezidenti İslam Kərimov bazar günü, avqustun 28-də xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə onun qızı Lola Kərimova-Tillayeva öz instaqram səhifəsində bildirib.

“Ötən şənbə günü səhər onun beyninə qan sızıb, xəstəxanaya aparılıb, hazırda reanimasiya şöbəsində müalicə olunur. Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”, - o yazıb.

Kərimovun xəstəxanaya yatırılması haqqında bazar ertəsi avqustun 29-da bildiriblər. Özbəkistan hökumətinin mətbuat xidmətinə onun stasionar müalicədə olduğu bildirilib.

0
25