Rusiya–Qana oyununu azərbaycanlı hakimlər idarə edəcək

Rusiya–Qana oyununu azərbaycanlı hakimlər idarə edəcək

Rusiya – Qana oyunu sentyabrın 6-da Moskvadakı “Lokomotiv” stadionunda keçiriləcək.

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək.

Oxu.Az Apasport–a istinadən xəbər verir ki, həmyerlimiz milli komandaların matçına təyinat alıb.

Ağayev sentyabrın 6-da keçiriləcək Rusiya və Qana yığmaları arasında yoldaşlıq oyununda baş hakim olacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.

Qeyd edək ki, Rusiya – Qana oyunu Moskvadakı “Lokomotiv” stadionunda keçiriləcək.

0
9