İraq və İran da TANAP-a qoşula bilər

İraq və İran da TANAP-a qoşula bilər

Azərbaycan İraq və İran qazının Trans-Anadolu qaz kəmərinə (TANAP) qoşulmaqla Avropaya nəqlini istisna etmir.

Natiq Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycan TANAP-ın əsas təşəbbüskarlarındandır:

“Hazırda Azərbaycan İran qazının da öz ərazisi ilə nəql olunaraq TANAP-a qoşulub buradan Avropaya nəqli imkanlarına baxır. Azərbaycan və İran arasında İran qazının, hətta İraq qazının Azərbaycan ərazisindən tranziti üçün mövcud infrastruktur var”.

Nazir müavini bildirib ki, İraqla İran arasında da belə infrastruktur var:

“Bu infrastrukturla İraq qazı İrana, buradan isə Azərbaycan ərazisinə nəql oluna və TANAP-a qoşulmaqla (Türkiyə ərazisi) Avropaya ötürülə bilər".

0
16