Kərbəlada partlayış: Ölənlər var

Kərbəlada partlayış: Ölənlər var

Hücumu kamikadze kəmərləri, tüfəng və qumbara ilə silahlanmış beş terrorçu-kamikadze həyata keçirib.

İraqda kamikadze tərəfindən törədilmiş partlayışın nəticəsində 18 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.

Partlayış Kərbəla şəhərindən qərbdə yerləşən Ayn Tamer şəhərində baş verib.

Agentliyin məlumatına görə, hücumu kamikadze kəmərləri, tüfəng və qumbara ilə silahlanmış beş terrorçu-kamikadze həyata keçirib.

“Onlarda “Kalaşnikov” avtomatı, əl qumbaraları var idi. Onlardan biri özünü partlatdı, qalanlarını hərbçilər zərərsizləşdirdilər”, - agentlik əməliyyata rəhbərlik edən Kais Xələfin sözlərindən sitat gətirib.

Yerli şuranın üzvü və tibb işçiləri arasında olan mənbənin sözlərinə görə, bazar günü gecə baş verən partlayış nəticəsində 26 nəfər yaralanıb.

0
8