Avropaya ildə 20 milyard kubmetr “Şahdəniz” qazı nəql ediləcək

Avropaya ildə 20 milyard kubmetr “Şahdəniz” qazı nəql ediləcək

“Şahdəniz-1” layihəsi üzrə Cənubi-Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,5 milyard kubmetr, Türkiyəyə isə 41 milyard kubmetr qaz verilib. Hazırda həmin kəmər ilə hər gün orta hesabla 1,6 milyon kubmetr və Türkiyəyə 16,8 milyon kubmer qaz nəql edilir.

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə nəql edilməsi üçün mühüm addımlar atılmışdır. TANAP və TAP boru kəmərləri layihələrinin reallaşması üçün artıq praktik işlər görülür, bunlar da yaxın illərdə Cənub Qaz Dəhlizinin meydana gəlməsi ilə nəticələnəcək”.

Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, “Şahdəniz” qazı Cənubi Qafqaz Qaz Kəmərini (TANAP) davamı olan “Trans -Adriatik” (TAP) Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırılacaq.

“İlkin mərhələdə Avropaya ildə 10 milyard kubmetr “Şahdəniz” qazının nəql edilməsi, daha sonra isə həcmi 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur”, - deyə X.Yusifzadə sözlərinə əlavə edib.

0
12