Los-Anceles aeroportunda “Zorro” saxlanıldı – FOTO + VİDEO

Los-Anceles aeroportunda “Zorro” saxlanıldı  – FOTO + VİDEO

Hazırda Los-Ancelesin beynəlxalq aeroportu qismən bağlanıb.

Amerikanın Los-Anceles şəhəri aeroportunda atışma barədə məlumatdan sonra Zorro kostyumu geyinmiş şəxs saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə hava limanının administrasiyası “Twitter” mikrobloqunda bildirib.

Saxlanılan şəxsin aeroportun qismən bağlanmasına və sərnişinlərin təxliyyəsinə səbəb olan atışma barədə məlumatla əlaqədar olub-olmaması dəqiqləşdirilmir.

“Bütün terminallar nəzərdən keçirilib, sərnişinlər bütün terminallarda diqqətlə yoxlanılır”, - məlumatda deyilir.

Xatırladaq ki, daha öncə Amerikanın Los-Anceles şəhərinin beynəlxalq aeroportunun polisi, atışma haqqında təsdiqlənməmiş məlumatdan sonra hava limanının ərazisində yoxlama aparması barədə məlumat yayılmışdı.

0
5