Xoşbəxt Yusifzadə: “Abşeron” yatağının yeni işlənmə proqramı hazırlanır

Xoşbəxt Yusifzadə: “Abşeron” yatağının yeni işlənmə proqramı hazırlanır

“İlk qazın hasilatı 2017-ci ilin 3-4-cü kvartalında mümkün olacaq”.

“Son illərdə əldə edilən naliyyətlərdən biri də “Abşeron” qaz-kondensat yatağının kəşf edilməsidir. Dənizin dərinliyi 350-550 metr olan sahədə 2011-ci ilin sentyabrında “Abşeron” yatağının kəşf edilməsi SOCAR-la Fransanın “Total” və “Gas De France” şirkətləri arasında səmərəli əməkdaşlığın nəticəsidir. İlkin hesablamalara görə, “Abşeron” yatağının karbohidrogen ehtiyatları 350 milyard kubmetr qazdan və 45 milyon ton kondensatdan ibarətdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçirilən birinci Avrasiya konfransında çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

“Hazırda “Abşeron” yatağının işlənmə proqramı hazırlanır. Hasilat Planı çərçivəsində hasil ediləcək ilkin qaz üçün belə bir ilkin fəaliyyət planı nəzərdə tutulub.

Bu ilin sentyabrına qədər konsepsiyanın həyata keçirilməsi imkanlarına dair tədqiqatın sona çatdırılması, bu ilin oktyabrın sonunda işlənmə Proqramının tərəfdaşlar tərəfindən təsdiq edilməsi, noyabrın əvvəlindən işlənmə Proqramının SOCAR-a təqdimatı, gələn ilin yanvarın sonuna qədər İşlənmə Proqramının SOCAR tərəfindən təsdiq edilməsi, 2017-ci ilin 4-cü kvartalında İlkin Hasilat Planı üzrə yekun investisiya qərarının verilməsi nəzərdə tutulub.

İlkin Hasilat quyusunun ən tezi gələn ilin 3-cü kvartalında qazılması, ilkin qazın hasilatı isə 2019-cu ilin 3-4-cü kvartallarında nəzərdə tutulur”, - deyə X.Yusifzadə qeyd edib.

0
12