Yəməndə güclü partlayış, ölənlər var – YENİLƏNİB

Yəməndə güclü partlayış, ölənlər var – YENİLƏNİB

Yəməndə partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb

Yəmənin Ədən şəhərində baş vermiş partlayışda ölənlərin sayı ilə bağlı ziddiyətli məlumatlar daxil olub.

Röyters agentliyinə istinadən xəbər verir ki, “Sərhədsiz həkimlər”-in yaydığı məlumata əsasən ölənlərin sayı 45, yaralıların isə sayı 60 nəfərə çatıb.

Al Arabiya telekanalı isə polisə istinadən xəbər verir ki, ölənlərin sayı 50 nəfərə çatıb.

Təhlükəsizlik xidmətinin əməkdaşı hücumu törədənlərin partlayıcı qurğu yerləşdirilmiş avtomobili Yəmən ordusu üçün yeni əsgərlərin cəlb edildiyi düşərgəyə istiqamətləndirdiyini təsdiqləyib. Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.

11:14

Bu gün səhər saatlarında Yəmənin cənubunda yerləşən Ədən şəhərində partlayış olub.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həlak oub.

Hadisə Yəmən ordusuna könüllülərin qəbulu məntəqəsinin yaxınlığında baş verib. Mənbənin məlumatına görə, terrorçu-kamikadze ölkənin silahlı qüvvələrinin sıralarına qoşulmaq istəyən şəxslərin yaxınlığında avtomobili partladıb. Mənbə hadisə qurbanlarının sayının arta biləcəyini də vurğulayıb.

Hələlik partlayışa görə, məsuliyyəti bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri üzərinə götürməyib.

Z.C

0
11