İran nüvə obyektlərini “S-300” raketləri ilə mühafizə edir - VİDEO

İran nüvə obyektlərini “S-300” raketləri ilə mühafizə edir - VİDEO

Esmaili nüvə obyektlərinin bundan sonra mühafizə altında olacaqlarını qeyd edib.

Rusiyanın İrana tədarük edilmiş “S-300” zenit-raket kompleksləri Fordo nüvə obyektinin yaxınlığında yerləşdirilib.

Oxu.Az “Mehr” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının dövlət televiziyasının efirində HƏM qüvvələrinin komandanı Farzad Esmaili bəyan edib.

Televiziya Fordonun yaxınlığında yerləşdirilmiş kompleksləri göstərib. Esmaili nüvə obyektlərinin bundan sonra mühafizə altında olacaqlarını və İran səmasının “regionda ən təhlükəsiz olduğunu” qeyd edib.

Daha öncə İranın ali lideri Əli Xameneyi ABŞ-ın İslam Respublikasının özünümüdafiəyə haqqını tanımadığı üçün Tehrana “S-300” almağa mane olduğunu bəyan etmişdi.

0
9