Liberman: Qarabağda təxribat Ermənistan tərəfdən olub

Liberman: Qarabağda təxribat Ermənistan tərəfdən olub

“Münaqişə İlham Əliyev ABŞ-da olarkən yenidən alovlandı”.

“İsrail bizim evimizdir” partiyasının lideri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman “NEWSru.co.il” redaksiyasının suallarına cavab verib. 

Oxu.Az xəbər verir ki, müsahibədə Qarabağ ətrafında bu yaxınlarda erməni-Azərbaycan münaqişəsinin gərginləşməsinə də toxunulub. A.Liberman Ermənistanı açıq şəkildə münaqişəni yaradan tərəf adlandırıb.

- Siz bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini doğru hesab etdiyinizi bildirmisiz. Bakıya dəstəyiniz nəyə əsaslanıb?

- Mən bu regionda hadisələrin inkişafını diqqətlə izləyirəm və əminəm ki, bu dəfə təxribat qarşı tərəfdən olub. Münaqişə İlham Əliyev ABŞ-da Obama ilə görüşdə olarkən yenidən alovlandı. Belə qərarlar dövlət başçısı xaricdə olarkən qəbul edilmir. Bundan başqa, Azərbaycanda iqtisadi vəziyyət əvvəlki kimi deyil. Neftin və qazın qiymətlərinin ucuzlaşması ilə əlaqədar onların valyutası iki dəfə devalvasiyaya uğrayıb. Bu münaqişə onlar üçün ən uyğunsuz vaxtdır. Bundan başqa, danışıqlarda Rusiya və ABŞ nümayəndələri də iştirak edib, bakılılar özlərini yetərincə təmkinli və məsuliyyətli aparırdılar. 

- Tərəflərdən birini dəstəkləməyiniz İsraildə seçkilərdə sizə səs bahasına başa gələ biləcəyindən çəkinmirsiniz? Rusiya və Ukrayna arasındakı münaqişə zamanı İsrail siyasətçiləri, siz də o cümlədən belə ifadələri işlətməkdən qaçırdınz. 

- Çünki Rusiya və Ukrayna arasında münaqişədə biz mövqe tuta bilmərik, orada hər şey belə sadə və aydın deyil. Hazırkı vəziyyətdə isə hər şey tamamən aydındır – münaqişə yaratmaq üçün Azərbaycanın səbəbi yox idi. 

0
31