Xoşbəxt Yusifzadə “Ümid” yatağının ehtiyatlarını açıqladı

Xoşbəxt Yusifzadə “Ümid” yatağının ehtiyatlarını açıqladı

“İlkin hesablamalara görə, “Ümid” yatağının karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir”.

Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakıda keçirilən 1-ci Avrasiya konfransında çıxışı zamanı deyib.

“Hazırda bu yataqda 10 və 12 nömrəli quyular işləyir. İşlənmənin əvvəlindən “Ümid” yatağından 1 milyard kubmetrdən çox qaz, 160 milyon kondensat hasil edilib. Hazırda yataqda dərinliyi 6500 metr olan yeni 14 nömrəli istismar quyusu qazılır.

Quyunun dərinliyi artıq 6200 metrə çatdırılıb. Bu quyuya biz böyük ümidlər bəsləyirik. Çünki “Ümid” yatağının işlənməsi çərçivəsində burada yeni 4 özülün quraşdırılması, bu özüldən 19 istismar quyusunun qazılması layihəsi üzərində iş gedir və yeni quyudan əldə edilən məlumatların, eləcə də qazmanın nəticəsinin bu məsələdə bizim üçün xüsusi əhəmiyyəti olacaq”, - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.

0
11