Soros Putini necə devirmək istədi? - ŞOK PLAN ÜZƏ ÇIXDI

Soros Putini necə devirmək istədi? - ŞOK PLAN ÜZƏ ÇIXDI

“DC Leaks” şəbəkəsi tərəfindən ictimaiyyətə sızdırılan yeni sənədlər dünyada ən məşhur siyasi maliyyə donoru olan Corc Sorosun Rusiya ilə bağlı planlarını üzə çıxarıb. Lent.az odatv.com-a istinadən xəbər verir ki, Sorosun planı Rusiyada Putinin idarəetmə sistemini zəiflətmək və ölkəni idarəedilməz hala gətirmək məqsədini daşıyıb.

Sənədlərdən məlum olur ki, Sorosun maliyyəsi Ukrayna böhranının dərinləşməsində və Avropa Birliyindəki seçkilərdə həlledici rola malik olub. O, həmçinin Rusiyada yeni müxalifətçi düşüncənin güclənməsinə xüsusi diqqət ayırıb.

Bildirilir ki, Rusiyada hazırda baş nazir postunu tutan Dmitri Medvedyevin prezidentliyi dövründə xarici qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyəti üçün müəyyən meydanlar açılsa da, Putinin hakimiyyəti yenidən tam ələ alması ilə bu imkanlar daralıb.

"DC Leaks"in Rusiya hesabatından məlum olur ki, Rusiyada mərkəzi hakimiyyəti zəiflətmək və nüfuzdan salmaq üçün 3 əsas istiqamət müəyyən edilib. Bunlar Rusiyaya çoxlu xarici mühacir göndərmək, medianı tədricən ələ keçirmək və 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarını gözdən salmaqdan ibarət olub.

0
12