Brüsseldə partlayış

Brüsseldə partlayış

Belçika paytaxtının şimalında kriminalistika institutuna gecə saatlarında hücum olub.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bir və ya bir neçə nəfər avtomobil ilə qapını qırıblar, partlayıcı qurğunu laboratoriyaların yerləşdiyi ərazidə işə salıblar. Yanğın baş verib.

Binada heç kim olmadığından partlayış nəticəsində institutun əməkdaşlarından zərər çəkən olmayıb.

0
9