® “Amrahbank”da “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində növbəti təlim keçirildi

® “Amrahbank”da  “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində növbəti təlim keçirildi

Əmanətlərin Sığortalanması Fondunda başlamışdır. 24 avqust 2016-cı il tarixində isə iştirakçılar “Amrahbank”ın baş ofisində təlimdə oldular. Təlimdə iştirak edən 30-a qədər iştirakçı bank sahəsi ilə əlaqəli mövzularda biliklərini təkmilləşdirdilər. Amrahbankın peşəkar əməkdaşları tərəfindən Azərbaycanda bank sistemi, “Amrahbank”da korporativ idarəetmənin təşkili, valyuta rejimi, bank xidmətlərinin növləri, plastik kartlardan istifadə qaydaları və digər aktual mövzular üzrə məlumatlar verildi. Çıxışlar maraqlı müzakirələrlə yadda qaldı, layihə iştirakçılarına təhsil və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verildi. Daha sonra iştirakçılar əyani olaraq “Amrahbank”da müştərilərə göstərilən xidmətlərlə tanış oldular. Sonda iştirakçılar və təlimçilər xatirə şəkilləri çəkdirdilər.

Onu da qeyd edək ki, “Amrahbank” ASC 2014-cü ildən başlayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi tərəfindən təşkil olunan “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində keçirilən müxtəlif tədbirlərdə aktiv iştirak edir. 

“Amrahbank” olaraq inanırıq ki, Mərkəzi Bank tərəfindən maliyyə təhsilinin artırılması üzrə görülən işlər və layihələr gələcəyimiz olan gənclərimizin maliyyə bazarının aktiv iştirakçısına çevirilməsinə və ölkə iqtisadiyyatının daha da güclənməsinə verilən bir töhfədir.

 
0
12