Aygün Kazımova Almaniyada erməni təxribatının qarşısını alıb – FOTO + VİDEO

Aygün Kazımova Almaniyada erməni təxribatının qarşısını alıb – FOTO + VİDEO

Almaniyada keçirilən “DAF bama Music Awards - 2016” beynəlxalq mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı qadın sənətçisi” mükafatına layiq görülən Xalq artisti Aygün Kazımova erməni təxribatı ilə qarşılaşıb.

Bu barədə Oxu.Az-a müğənninin mətbuat katibi məlumat verib.

Belə ki, Xalq artisti konsertin başlamasına 3 saat qalmış məşq zamanı Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə Ermənistanı təmsil edən müğənni Siruşonun səhnədə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i erməni mahnısı kimi təqdim edəcəyi və məhz bu mahnını ifa edəcəyini öyrənib.

Ermənilərin planının qarşısını almaq üçün Aygün Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan bunun qarşısını almağı tələb edib və etirazını bildirib. A.Kazımova bildirib ki, “Sarı gəlin” Azərbaycan xalq mahnısıdır. Erməni müğənnisinin bu mahnını ifa edib, mükafat alması böyük qalmaqala səbəb olacaq.

Həmçinin əlavə edib ki, ermənilər müsabiqəyə siyası don geyindirmək istəyir. Çətinliklə də olsa, Aygün Kazımova erməni müğənni Siruşonun ifasına az qalmış repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi “Kele-kele” mahnısını oxumalı olub.

0
75