İŞİD-lə döyüşlərdə 34 əsgər həlak oldu

İŞİD-lə döyüşlərdə 34 əsgər həlak oldu

Liviyanın Sirt şəhərində İŞİD terror qruplaşmasının silahlıları ilə döyüşlərdə 34 liviyalı əsgər həlak olub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, daha 180 hərbçi yaralanıb.

Liviya ordusu avqustun 28-də İŞİD-in Sirtdəki mövqelərinə irimiqyaslı hücuma keçib. Silahlılara qarşı əməliyyat iyunun əvvəlində başlayıb. Məlumata görə, şəhərin əksər əraziləri  terrorçulardan təmizlənib.

0
17