Təhsil Nazirliyi 12 illik təhsilə keçid üçün təkliflər hazırladı

Təhsil Nazirliyi 12 illik təhsilə keçid üçün təkliflər hazırladı

“Çox ciddi dəyişikliklər nəzərdə tutulur”.

Azərbaycanda tətbiqi nəzərdə tutulan 12 illik təhsil sistemində 10 illik icbarı, 2 illik tam orta təhsilin olması planlaşdırılır. Heç olmasa, 1 il artıq təhsil ili şagirdin yaş səviyyəsinə müsbət təsir edəcək. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

Şöbə müdirinin sözlərinə görə, 12 illik təhsilə keçəndə ayrı-ayrı fənlər üzrə təhsilin məzmununun da yükü atacaq: 

“Təlim yükünün yüngülləşirilməsində 12 illik təhsil daha önəmlidir. Hazırda bu sahədə müzakirələr gedir, pedaqoji ictimaiyyətin fikri öyrənilir. Müzakirələrdə 5 variant təklif edilir. Yekunda hansı təklif daha çox səs toplasa və əsaslandıra bilsək, onu da qəbul edəcəyik. 12 illik təhsillə bağlı məzmunda çox ciddi dəyişikliklər nəzərdə tutulur”.

Dünyada 173 ölkədə 12 illik təhsil sisteminin tətbiq olunduğunu xatırladan nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda bu sistemin olması istiqamətində imkanlar var: "Bununla da məzmunun optimallaşdırılması, təhsil səviyyələri üzrə varisliyin bir-birinə rahat keçidi təmin olunacaq".

0
29