Ərdoğan: Əməliyyat PYD-nin tam ləğvinə qədər davam edəcək

Ərdoğan: Əməliyyat PYD-nin tam ləğvinə qədər davam edəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, "Fərat Qalxanı" əməliyyatı "Demokratik ittifaqı" (PYD) ləğv olunana qədər davam edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Türkiyə prezidenti qeyd edib ki, "İslam dövləti" terror təşkilatı ilə Cerablusda, Başikdə, lazım olarsa, başqa yerlərdə də mübarizə aparılacaq.

Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Cerablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.

0
29