Azad Suriya Ordusu 13 kəndi azad etdi

Azad Suriya Ordusu 13 kəndi azad etdi

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu  Cerablus  və Rai bölgələrində  daha 13 kəndi terrorçulardan təmizləyib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə,  Cerablus bölgəsində 10, Rai bölgəsində isə 3 kənd Azad Suriya Ordusunun nəzarəti altına keçib.

Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.

0
16