Neymar cərimə olundu

Neymar cərimə olundu

Blaziliyalı futbolçu Neymar ölkəsində cərimə edilib. Apasport.az saytının məlumatına görə, “Barselona”nın hücumçusu 2007-2008-ci illərdə “Santos”da çıxış edərkən vergidən yayındığı üçün bu cəzaya məruz qalıb.

O, 460 min braziliya realı (təxminən 125 min avro) miqdarında cərimə ödəyəcək.

Qeyd edək ki, futbolçu bu ilin martında “Barselona” ilə müqaviləsində yer alan nöqsanlara görə də məsuliyyətə cəlb olunmuşdu.

0
28