Düşmən ordusunun yeni itkiləri – FOTO + YENİLƏNİB

Düşmən ordusunun yeni itkiləri – FOTO + YENİLƏNİB

Daha bir erməni əsgəri öldü.

Xocavənd istiqamətində atışma nəticəsində erməni hərbçisi Armen Qriqoryan ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinə istinadən erməni KİV məlumat yayıb.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi, həmçinin gecə hərbçi Hamlet Xacoyanın öldüyü barədə məlumat yaymışdı. 

09:38

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan Dağlıq Qarabağda ölən daha bir erməni hərbçisinin adını və şəklini dərc edib.

Oxu.Az bu barədə news.am-a istinadən xəbər verir. 

Məlumata görə, bu, 37 yaşlı İrəvan sakini Masis Tovmasyandır.

Erməni tərəfi həmçinin aprelin 14-də Qarabağda daha bir hərbçisinin öldüyünü bildirib. 

1970-ci il təvəllüdlü Hamlet Xacoyan cəbhənin şimal istiqamətində ölüb.

0
42