“Qalatasaray”dan yeni transfer

“Qalatasaray”dan yeni transfer

“Qalatasaray” heyətini gücləndirmək yolunda daha bir addım atıb. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” “Nyukasl”ın yarımmüdafiəçisi Çeik Tioteni transfer etməyə çox yaxındı.

Türkiyə mətbuatında yer alan xəbərələrə əsasən, Fil Dişi Sahili yığmasının oyunçusu bu gün İstanbula gələcək. Dayaq yarımmüdafiəçisi tibbi baxışdan keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2010-cu ildən “Nyuksal”da çıxış edir. O, “sağsağanlar”la ümumilikdə 138 matça çıxıb.

0
21