Avtopilotla idarə olunan taksi testdən keçirilir

Avtopilotla idarə olunan taksi testdən keçirilir

“NuTonomy” şirkəti Sinqapurda test rejimində avtopilotla idarə olunan taksi ilə sərnişinləri daşımağa başlayıb. Lent.az buro247.az-a istinadən xəbər verir ki, bu, dünyada ilk belə servisdir. Şirkət "Renault ZOE" və "Mitsubishi i MiEV" modellərinin bazasında küçələrə ümumilikdə 6 elektromobil çıxaracaq. Bu taksilər hələlik şəhərin şimalındakı rayonların birində pulsuz fəaliyyət göstərəcək. Avtomobillərdə sərnişinlərdən əlavə daha iki nəfər - gözlənilməz hal baş verdikdə idarəetməni üzərinə götürən sürücü və taksinin kompüter sisteminə nəzarət edən mühəndis oturacaq.

2018-ci ilədək avtopilotla idarə olunan tam həcmli taksi parkı qurmağı qarşısına məqsəd qoyan "nuTonomy", həmçinin belə taksiləri ABŞ, Avropa və Asiyada da sınaqdan keçirmək niyyətindədir.

0
20