Azərbaycan millisində yeni futbolçu - FOTO

Azərbaycan millisində yeni futbolçu - FOTO

“Trabzonspor”un hücumçusu Ramil Şeydayev Azərbaycan millisinin düşərgəsinə qoşulmaq üçün Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, futbolçu artıq Azərbaycan yığmasının düşərgəsindədi.

Şeydayev uzun sürən danışıqlardan və proseslərdən sonra millimizə dəvət alıb. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino millisiylə matçda yığmamızda debüt edə bilər.

0
13