Misirdə dəhşətli qəza, ölənlər var

Misirdə dəhşətli qəza, ölənlər var

Misirdə ağır yol qəzası baş verib.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Qahirə şəhərindən cənubda qeydə alınıb.

Mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ölənlərdən biri 9 yaşlı uşaqdır.

Misir yol qəzalarındakı ölümlərin sayına görə ərəb ölkələri arasında 16-cı, dünyada isə 109-cu yeri tutur. Ötən il bu ölkədə 6,2 min nəfər yol qəzasında ölüb, 19,3 min nəfər xəsarət alıb.

0
16