21 yaşlı qız özünü həyətdə asdı

21 yaşlı qız özünü həyətdə asdı

Bərdə rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Şorəlli kəndində qeydə alınıb.

Belə ki, Şorəlli kəndində yaşayan 21 yaşlı Elnarə Məmmədova özünü həyətdəki ağacdan iplə asaraq intihar edib.

Yaxınları hadisədən xəbər tutsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı Bərdə Rayon Prokurorlugu tərəfindən araşdırma aparılır.

0
15