Terrorçuların həbsxanaya hücumu zamanı 28 məhkum qaçıb

Terrorçuların həbsxanaya hücumu zamanı 28 məhkum qaçıb

Filippində “Maute” qruplaşması ölkənin cənubundakı Maravi şəhərində həbsxanaya hücum edib.

Oxu.Az Frans-Press agentliyinə istinadən xəbər verir ki, bir həftə əvvəl həbs edilmiş “Maute” qruplaşmasının 8 üzvü azad edilib.

Həbsxanaya hücum zamanı müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş 20 məhbus da qaçıb.

Qeyd edək ki, bundan əvvəl “Maute”nin üzvləri, İŞİD terrorçu qruplaşması ilə müttəfiq olduğunu bəyan edib.

0
11