Tel-Əviv aeroportunda 26 Gürcüstan vətəndaşı saxlanılıb

Tel-Əviv aeroportunda 26 Gürcüstan vətəndaşı saxlanılıb

İsrail sərhədçiləri Tel-Əviv aeroportunda 26 Gürcüstan vətəndaşını saxlayıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.

Saxlanılan vətəndaşlar turu eyni turizm şirkətindən əldə ediblər. Gürcüstan səfirliyi hadisənin təfərrüatlarını araşdırır.

Məlumata görə, Gürcüstan vətəndaşları İsrail sərhədçilərinə zəvvar olduqlarını inandıra bilməyiblər. Turizm şirkəti gürcülərin adi sərhəd yoxlamasından keçə bilmədiklərini qeyd edib.

Gürcüstanın rəsmi qurumları yaranmış vəziyyəti hələlik şərh etməyiblər.

0
11