ABŞ rusiyalının saxlanılmasına dair sualları İrəvana yönəltdi

ABŞ rusiyalının saxlanılmasına dair sualları İrəvana yönəltdi

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Elizabet Trüdo xarici siyasət qurumunun İrəvan aeroportunda Rusiya vətəndaşı Sergey Mironovun saxlanılmasını şərh etməkdən imtina etdiyini və bununla bağlı bütün sualları Ermənistan hakimiyyətinə yönəltdiyini bildirib.   Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu sualla bağlı biz sizə yerli hakimiyyətə müraciət etməyi təklif edirik”, - deyə o bildirib.

Mironovun vəkili Karen Nersesyan bildirib ki, müdafiə etdiyi şəxsə saxlanılarkən bildirilib ki, o, 50 min dollar məbləğində “çirkli pulların yuyulmasında” və texnologiyaların ötürülməsində şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Vəkilin sözlərinə görə, Mironov Rusiya-Belarus şirkətində video texnologiyalar şöbəsinin rəhbəri vəzifəsində çalışıb və onun hərbi texnologiyalarla əlaqəsi olmayıb.

Onun Ermənistanda istirahətdə olduğu, ABŞ-da isə cəmi bir dəfə - 2013-cü ildə bir həftəlik ezamiyyətdə olduğu bildirilir.

Hazırda Mironov təcridxanada saxlanılır. Məhkəmədə onun ABŞ-a ekstradisiya olunması məsələsinə bazar ertəsi  baxılacağı bildirilir.

0
15