Venesuela və İran neftin qiymətini müzakirə ediblər

Venesuela və İran neftin qiymətini müzakirə ediblər

Venesuela və İran neftin qiymətini  sabitləşdirə və OPEK-i gücləndirə biləcək vasitələr üzrə konsensus axtarmağı davam edirlər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə. Bu barədə Venesuela prezidenti Nikolas Maduro İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşdən sonra bildirib.

“Biz neft bazarının sabitləşdirilməsi, neft sənayesinin gücləndirilməsi, OPEK-in  gücləndirilməsi  məsələsində ümumi zəmin tapmağa və konsensusa nail olmağa çalışırıq”, - deyə Maduro bildirib.  

O həmçinin Venesuelanın neft və XİN rəhbərlərinin məsələ ilə bağlı mühüm bəyanatlar verəcəklərini qeyd edərək detalları açıqlamayıb.  

0
18