Vəfat edən müğənnin maskası satışa çıxır

Vəfat edən müğənnin maskası satışa çıxır

Bu ilin 10 yanvarında vəfat edən müğənni Devid Bouinin üzünün ölçüləri alınaraq “The Hunger” filmi üçün hazırlanan maskası satışa çıxarılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, maska auksionda açıq artırma ilə satılacaq.

Açılış qiymət isə təxminən 1200 funt sterlin (təxminən 1500 manat) təyin edilib.

Qeyd edək ki, Devid Boui 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.

0
12