Dağıstanda əməliyyat keçirilir

Dağıstanda əməliyyat keçirilir

Dağıstanın Qarabudağkənd rayonunda antiterror əməliyyat rejimi tətbiq edilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.

“Əməliyyat Qərargahının rəhbərinin qərarı ilə 21.00-dan (Bakı vaxtı ilə 22.00-da) etibarən  Dağıstanın Qarabudağkənd rayonunda antiterror əməliyyat rejimi tətbiq edilib”, - deyə məlumatda bildirilir.

Əməliyyat çərçivəsində silahlılar və onların tərəfdarlarının axtarışı həyata keçirilir.

Ötən gün Qarabudağkənd rayonunda atışma zamanı bir silahlı öldürülüb.

0
15