“Sputnik” agentliyinin saytı Türkiyədə blok edildi

“Sputnik” agentliyinin saytı Türkiyədə blok edildi

“Agentlik Türkiyənin səlahiyyətli orqanlarından heç bir bildiriş almayıb”.

“Sputnik” agentliyinin saytı Türkiyədə çümə axşamı bloka salınıb.  

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, belə ki, səhifəyə daxil olduqda, hakimiyyət tərəfindən inzibati tədbirlərin görüldüyü barədə yazı ekrana çıxır.

“Texniki yoxlamalar nəticəsində 14.04.2016 №490. 05.01.2016.- 56092 qərar üzrə 5651 qanununa uğun olaraq Telekommunikasiya və Rabitə İdarəsi tərəfindən bu sayta (sputniknews.com) dair administrativ tədbirlər görülür”, - saytı açmağa cəhd edərkən ekrana çıxır. 

Bununla yanaşı, Türkiyənin Konstitusiya Məhkəməsi istənilən saytların məhkəmənin icazəsi olmadan blok edilməsi qərarını qanunsuz olduğunu bildirmişdi.  

“Sputnik-Tursiya”nın baş redaktoru Tural Kərimovun sözlərinə görə, problemlər barədə ismarışlar (Bakı vaxtı ilə) saat 19.50-dən başlayıb. 

“Agentlik Türkiyənin səlahiyyətli orqanlarından heç bir bildiriş, xəbərdarlıq və ya digər ismarışlar almayıb. Biz blok edildikdən sonra da heç bir bildiriş alınmayıb”, - Kərimov bildirib. 

0
25