Türkiyə Suriyada terrorçuların mövqelərini bombaladı

Türkiyə Suriyada terrorçuların mövqelərini bombaladı

Türkiyə ordusu bu gün Suriyadakı kürd qruplaşması PYD-nin silahlı qanadı YPG-nin Cerablus bölgəsinin Tilemarne kəndindəki mövqelərini uzaqvuran top və hərbi təyyarələr vasitəsilə bombardman edib.

Suriya Demokratik Qüvvələrinin xarici əlaqələr üzrə nümayəndəsi Abdulaziz Yunus deyib. Hadisə bu gün səhər baş verib. Türkiyə Silahlı Qüvvələri “Fırtına” topları və hərbi təyyarələr vasitəsilə Cerablusun 8 km cənubunda yerləşən Tilemarne kəndinə zərbələr endirib. A. Yunus bombardman nəticəsində ölənlər və yaralananlar olduğunu bildirib. 

Xatırladaq ki, Türkiyə PYD və YPG-dən Fərat çayının qərb sahilindən geri çəkilməyi tələb edib. ABŞ da bu tələbi dəstəkləyib.

0
22