Bakıda stomatoloji kabinetdə faciə

Bakıda stomatoloji kabinetdə faciə

Həkimin həyatını xilas etmək mümkün olmayıb.

Aprelin 15-nə keçən gecə Bakının mərkəzindəki stomatoloji kabinetlərdən birində ölüm hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Yasamal rayon sakini, 1975-ci il təvəllüdlü Əzizov Elçin Mirvahab oğlu həkim kimi çalışdığı və ona məxsus olan Xaqani küçəsi 41 ünvanındakı stomalotoji kabinetdə özünü pis hiss edib. 

O, təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb. 

Lakin 41 yaşlı həkimin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, E.Əzizov ürək xəstəliyindən vəfat edib. 

0
16