İki ay axtarışda olan kişinin meyiti tapıldı

İki ay axtarışda olan kişinin meyiti tapıldı

Axtarışda olan Şabran sakininin meyiti kanaldan tapılıb.

Oxu.Az Daxili işlər nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dünən Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Onun iyunun 6-da Şabran RPŞ tərəfindən itkin düşmüş kimi axtarışda olması müəyyən edilib. Araşdırma aparılır.

0
15