Türkiyədə mühüm yenilik: qadın polislərə hicab sərbəstliyi verildi

Türkiyədə mühüm yenilik: qadın polislərə hicab sərbəstliyi verildi

Türkiyədə qadın polislərlə bağlı yeni qərar verilib.

Lent.az-ın “Sözcü”-ə istinadən məlumatına görə, polislərin vahid geyim forması ilə bağlı yeni dəyişiklik qəbul edən Daxili İşlər  Nazirliyi tərəfindən qadın polislər üçün mövcud olan hicab qadağası ləğv edilib.

Bununla da polis qadınlara vahid geyim forması rəngində olan, üzlərini örtməyəcək şəkildə sadə hicab taxmaq sərbəstliyi verilib.

Qeyd edək ki, 2013-cü ildə ictimai qurum və idarədə çalışanların geyimləri ilə bağlı edilmiş dəyişiklikdən sonra məmur və işçi qadınlara hicab sərbəstliyi verilsə də,  təhlükəsizlik xidmətləri sinfinə mənsub olanlar, hakimlər, prokurorlar, Türkiyə Silahlı Qüvvələrinin əməkdaşı olan qadınlar üçün qadağa qüvvədə idi.

Hazırda Türkiyə Ssilahlı Qüvvələrində xidmət edən qadınlar üçün bu qadağa hələ ki qüvvədədir.

0
13