Mikail Cabbarov: Müəllimlik nüfuzlu sənət olmalıdır

Mikail Cabbarov: Müəllimlik nüfuzlu sənət olmalıdır

“Yaxşı müəllim, pis müəllimdən daha çox maaş almalıdır”.

Biz müəllimliyin nüfuzlu, seçilən peşə olması üçün bütün şəraiti yaradırıq. Pedaqoji təhsili istedadlı, bilikli abituriyentlərin almağa çalışması mühümdür. Müəllimlik peşəsinin müasir əmək bazarında rəqabətqabiliyyətli olması üçün isə cəmiyyət bu peşənin cəlbediciliyini, o cümlədən də maddi nöqteyi-nəzərdən cəlbediciliyini qoruyub saxlamalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məşhur bloger Vyaçeslav Sapunova verdiyi müsahibəsində bildirib. 

Təhsil naziri qeyd edib ki, bu gün görülən tədbirlər müəllim peşəsinin nüfuzunun bərpasına istiqamətlənib. 

Onun sözlərinə görə, zəngin təbii resursları olan Azərbaycanın və digər ölkələrin qarşılaşdığı makroiqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan prezidenti siyasi iradə nümayiş etdirib və təhsil sistemində islahatlar dayandırılmayıb, davam edir. 

“Tədris yükünün artırılmasından, iki qat maaş artımı ilə müşayiət edilən müəllim-şagird nisbətinin 1/12 çatdırmaqdan gedir. İkinci mərhələdə məvacib differensiasiyası prinsipini tətbiq edəcəyik. Yəni, sadə dillə desək, yaxşı müəllim, pis müəllimdən çox almalıdır”.

Cabbarov qeyd edib ki, belə qiymətləndirmənin meyarları üzərində ekspertlər işləyir. 

“Peşəkar mühitdə geniş müzakirə ediləcək mexanizm olacaq. Bu heç kimi qorxutmamalıdır. Bu qəbildən olan sistemlər müxtəlif ölkələrdə işləyir. Bu sistemlər eyniləşdirməyə deyil, yaxşıların mükafatlandırılmasına əsaslanır. Onların şagirdlərinin, onların çalışdıqları məktəbin ümumi nailiyyətləri nəzərə alınacaq”, - nazir bəyan edib. 

0
15