Dağıstanda döyüşlər: Bir silahlı zərərsizləşdirildi

Dağıstanda döyüşlər: Bir silahlı zərərsizləşdirildi

Dağıstanın Qarabudağkənd rayonunda polis əməkdaşları ilə atışma zamanı bir silahlı şəxs məhv edilib.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin sənəd təqdim etmək tələbinə silahlı atəş açıb, cavab atəşi ilə həmin şəxs məhv edilib.

Onun üzərindən silah-sursat götürülüb.

Öldürülən silahlının şəxsiyyəti müəyyənləşdirilir.

0
12