Sabiq prezidentə qarşı korrupsiya ittihamı

Sabiq prezidentə qarşı korrupsiya ittihamı

Braziliya polisi ölkənin keçmiş prezidenti Luis İnasiu Lula da Silvaya qarşı korrupsiya ittihamı irəli sürüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ittiham "Petrobras" dövlət neft şirkəti ətrafında davam edən qalmaqalla bağlıdır.

Məlumata görə, “Petrobras”-la əlaqəli olan “OAS” inşaat şirkəti sabiq prezidentin ailəsi üçün okeanın sahilində villa tikib.

Qeyd edək ki, Braziliyanın ən iri neft şirkətində korrupsiya ilə bağlı araşdırma 2013-ci ildən etibarən davam edir.

0
10